Ağayevin 11 metrlik təəssüfü
03.03.2010 - 11:45
Ağayevin 11 metrlik təəssüfü
“Şotlandiyada çətin oyun oldu. Azlıqda qalmağımız bizə pis təsir etdi. Mənə elə gəlir ki, həmin epizodda penalti düzgün təyin olunmuşdu. Amma qırmızı vərəqə göstərilməməli idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının (U-21) qapıçısı Səlahət Ağayev deyib.

Milli komandamızın İordaniya yığması ilə səfərdəki yoldaşlıq görüşündən sonra U-21-nin düşərgəsinə göndərilən gənc qapıçının komandaya rəsmi oyunda kömək etməsi daha məqsədəuyğun sayıldı. Şotlandiya ilə görüşdə (2:2) qapısından iki top buraxan Səlahət penalti zərbəsini dəf edə bilmədiyinə görə üzülür: “Penaltini qaytara bilərdim. Təəssüf ki, alınmadı. Heç-heçəni uğurlu nəticə sayıram. Çalışacağıq ki, bu uğuru davam etdirək”.

Qeyd edək ki, şotlandlar 31-ci dəqiqədə müdafiəçimiz Tural Axundov qırmızı vərəqə alaraq, meydandan çıxarıldığı epizodda penalti zərbəsini dəqiq yerinə yetirməklə, hesabı 1:1 edib.
0