“Neftçi” Böyük Britaniya mətbuatında
03.03.2010 - 12:20
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının 538 günlük fasilədən sonra seçmə mərhələdə xal qazanması Böyük Britaniya mətbuatının da diqqətindən yayınmayıb. Apasport.az saytının məlumatına görə, Şotlandiya ilə səfərdə heç-heçə edən yığmamızın qarşılaşmadan sonrakı sevincini heyranlıqla izləyən “yubkalı” həmkarlarımız görüşlə bağlı fikirlərini açıqlayıb: “Təxminən bir saat 10 nəfərlə mübarizə aparan Azərbaycan tərəfi bir xalın qazanılmasından vəcdə gəlmişdi. Ötən ilin noyabrında Bakıda 0:4 hesabı ilə uduzan komanda indi çox sevinirdi. Onlar Avstriya və Belarusla mübarizə aparan Şotlandiyanı büdrətməklərindən razı qalmışdılar”.
Şotlandiyalı jurnalistlər millimizin ardıcıl 5 məğlubiyyətdən sonra sensasiyaya imza atmasının da sirrini açıb. Onların fikrincə, bu uğurda iki amilin rolu olub: “Azərbaycan millisinin baş məşqçisi Bernard Lippert ölkənin əsas yığmasının bir neçə oyunçusunu heyətə qatmaqla, komandasını xeyli gücləndirmişdi. Üstəlik, futbolçuların da çoxu eyni klubu - Azərbaycanın ən böyük, daha çox uğurları olan “Neftçi”ni təmsil edirdi”.
Qeyd edək ki, Şotlandiya ilə oyunda əsas heyətdə meydana çıxan 11 futbolçudan 5-i – Tərlan Quliyev, Araz Abdullayev, Cavid Hüseynov, Mirhüseyn Seyidov və Eşqin Quliyev ölkənin ən titullu klubunu təmsil edib.

0
0