5 pillə irəli!
03.03.2010 - 14:13
5 pillə irəli!
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə 5 pillə irəliləyib.

Berti Foqtsun baş məşqçisi olduğu komanda 251 xalla 109-cu pillədə yer alıb. Yığmamız UEFA-nın reytinqdə 45-ci pillədə qərarlaşıb. Bu gün yoldaşlıq görüşündə rəqibimiz olan Lüksemburq (126 xal) FİFA-nın reytinqində daha iki pillə geriləyib – 126-cı yer.

Reytinq siyahısında ilk “üçlük”də yenə dəyişiklik olmayıb – İspaniya (1642), Braziliya (1594) və Hollandiya (1324). Bir pillə irəliləyən Türkiyə yığması (739 xal) 41-ci yerə yüksəlib.

Milli komandamızın Avro-2012-də yer aldığı qrupun digər favoriti olan Almaniya da bir pillə irəliləyib. 4-cü yerdə qalxan Bundestimin 1208 xalı var. Avstriya (561 xal) da milli komandamız kimi 5 pillə irəliləyib – 56-cı yer. İki pillə geriləyən Belçika (491 xal) 68-ci yerə düşüb. Qrupumuzda ən çox mövqeyini itirən Qazaxıstan yığması olub. Belə ki, 4 pillə geriləyən Orta Asiya təmsilçisi (190 xal) 127-ci yerə enib.
0