“Böyükağa Hacıyevlə nə dalaşmışam, nə də mübahisəmiz olub”
03.03.2010 - 15:15
“Böyükağa Hacıyevlə nə dalaşmışam, nə də mübahisəmiz olub”
“Baş məşqçi Böyükağa Hacıyevlə nə dalaşmışam, nə də mübahisəmiz olub”. Bu fikirləri apasport.az saytına açıqlamasında Sumqayıtın “Standard” klubunun futbolçusu Ramal Hüseynov deyib.

Unibank Premyer Liqasında yaranan fasilə müddətindən istifadə edən “Xəzər-Lənkəran”la “Standard” Bakıda yoxlama oyununda görüşüb. Lənkəranlıların 2:0 hesabı ilə qələbə qazandığı həmin oyunda Hüseynov baş məşqçisi Böyükağa Hacıyevlə sözləşib. Ancaq 26 yaşlı futbolçu aralarında insidentin olmadığını bildirib: “Həmin vaxt bütün fikrimi oyuna yönəltmişdim. Böyükağa müəllimin nə dediyini eşitməmişəm. Vintila zədələndiyi üçün orta sahə boş qalmışdı. “Xəzər-Lənkəran”la güclü komanda olduğundan həmin vaxt bizə çətin idi. Buna görə də futbolçumuza tibbi yardımın, əvəzlənmənin tez edilməsini istədim. Baş məşqçimizlə oyundan sonra söhbətim oldu. Meydanda qışqırmağım xoşuna gəlməmişdi. O, bunu mənə irad tutdu. Dedi ki, bağırmağınla düz etməmisən. Böyükağa müəllim bundan narazı qalmışdı”.
0