Berti Foqts dəyişir
03.03.2010 - 15:47
Berti Foqts dəyişir
Berti Foqts baş məşqçisi olduğu Azərbaycan yığmasında göstəricini yaxşılaşdırıb. Apasport.az saytının hesablamalarına görə, alman mütəxəssis iki ildir çalışdırdığı yığmamızla FİFA-nın reytinqində ən yüksək göstəriciyə imza atıb.

Əmmanda İordaniya üzərində millimizin qazandığı 2:0 hesablı qələbə son reytinq siyahısında 5 pillə irəliləməsinə səbəb olub. Buna qədər komandamız son iki reytinqdə 114-cü yerdə idi və bu, Foqtsun 23 aylıq hakimiyyəti dövründə ən yaxşı nəticə sayılırdı. Almaniyalı 2008-ci ilin aprelində baş məşqçi təyin olunduğu zaman yığmamız FİFA-da 137-ci yerdə qərarlaşmışdı. Göründüyü kimi, Foqtsun vaxtında millimiz ümumilikdə 28 pillə irəliləyib.

Qeyd edək ki, yığmamız 1994-cü ildən daxil olduğu FİFA-nın reytinqində 109-cu pillədə indiyədək 4 dəfə olub. Bunlar 2002-ci ilin sentyabrında (baş məşqçi Vaqif Sadıqov), 2006-cı ilin iyul, 2007-ci ilin iyun və iyulunda (baş məşqçi Şahin Diniyev) baş verib.
0