Dmitri Kruqlov qovuldu
04.03.2010 - 10:45
Dmitri Kruqlov qovuldu
Unibank Premyer Liqasında forma geyinən futbolçuların da dəvət olunduğu Estoniya yığması növbəti yoldaşlıq oyununda Gürcüstanla qarşılaşıb. Apasport.az saytının məlumatına görə, estoniyalıların baş məşqçisi Tarmo Ruutli heyətə çağırdığı “azərbaycanlı” futbolçuların hamısına bu qarşılaşmada şans verib.

İlk dəfə “Xəzər-Lənkəran”ın üzvü kimi milliyə çağırılan Tihon Şişov, həmçinin “Neftçi”nin futbolçuları Vladimir Voskoboynikovla Dmitri Kruqlov start heyətində meydana çıxıblar. Lakin gürcülərin 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada bu “üçlük”dən yalnız “Xəzər-Lənkəran”ın müdafiəçisi 90 dəqiqə iştirak edib. Voskoboynikov matçın 59-cu dəqiqəsində əvəzlənib ki, həmin vaxtadək onun hesabına bir sarı vərəqə yazılıb.

Fasilədən sonra Ruutli “Neftçi”nin digər müdafiəçisi Taavi Ryahnı meydana buraxıb ki, bunun sayəsində meydanda Premyer Liqa təmsilçilərinin sayı 4-ə çatıb. Lakin bu Vladimirin əvəzləndiyi vaxtadək cəmi 14 dəqiqə sürüb. Görüşün 90+1-ci dəqiqəsində isə Kruqlov da meydanı tərk edib. Qırmızı vərəqə alaraq meydandan qovulan futbolçu hələ komandasını 9 nəfərlə qoyub. Belə ki, hələ ilk yarıda estoniyalıların digər oyunçusu da qırmızı vərəqə almışdı.
0