Sabiq “Xəzər-Lənkəran”lı Qazaxıstanda - FOTO
04.03.2010 - 11:00
Sabiq “Xəzər-Lənkəran”lı Qazaxıstanda - FOTO
“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi Viktor Pasulko özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, uzun illərdir Almaniyada yaşayan 49 yaşlı ukraynalı mütəxəssis Qazaxıstanın “Atırau” klubuna yeni baş məşqçi təyin olunub. Pasulko ötən mövsüm “Atırau”ya Qazaxıstan kubokunu qazandıran, gözlənilmədən istefaya göndərilən Vahid Masudovu əvəzləyib. Bu, Pasulkonun məşqçilik karyerasında 3-cü klub olacaq. Klub karyerasına 2005/06 mövsümün ikinci yarısında “Xəzər-Lənkəran”da başlayan təcrübəli çalışdırıcı ardından Özbəkistanın “Şurtan” klubuna rəhbərlik edib.

Qeyd edək ki, Pasulko ölkəmizə 2005-ci ilin sonunda Moldova milli komandasının baş məşqçi postundan istefa verdikdən sonra gəlib. O, “Xəzər-Lənkəran”da yeganə məğlubiyyətini ölkə kubokunun yarımfinalında Yevlaxda yerli “Karvan” klubundan alıb – 0:3. Mövsüm bitəndən sonra qovulan Pasulkonun futbolçu karyerasında ən böyük uğuru SSRİ yığması ilə 1988-ci ildə Avropa çempionatının gümüş medalını və Moskvanın “Spartak” klubunda iki dəfə SSRİ çempionluğunu qazanmaqdır.
0