Rauf Əliyev milli komandadan narazı qaldı
04.03.2010 - 12:19
Rauf Əliyev milli komandadan narazı qaldı
“Lüksemburq üzərində qələbə münasibətilə milli komandanın üzvlərini və azarkeşləri təbrik edirəm. Təlim-məşq toplanışının yüksək səviyyədə təşkil olunması nəticəsində yığmamız ardıcıl iki yoldaşlıq oyununu qələbə ilə başa vurdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın I vitse-prezidenti Rauf Əliyev deyib.

Millət vəkili Lüksemburq və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra qarşılaşma ilə bağlı fikirlərini assosiasiyanın rəsmi internet saytına açıqlayıb: “Lakin komandamız Lüksemburq yığması ilə qarşılaşmada istənilən səviyyədə oyun nümayiş etdirib baş məşqçinin ümidlərini doğrulda bilmədi. Ümid edirəm ki, keçirilən hər təlim-məşq toplanışı millinin oyun keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq”.

Qeyd edək ki, Azərbaycan yığması səfərdə Lüksemburqu 2:1 hesabı ilə məğlub edib.
0