Hansı futbolçunun 40 avtomobili var? - FOTO
04.03.2010 - 12:24
Hansı futbolçunun 40 avtomobili var? - FOTO
“The Sun” qəzeti məşhur ingiltərəli futbolçuların sərvətləri və sahib olduqları avtomobilləri sıralayıb. Lent.az-ın məlumatına görə, siyahıda ən diqqət çəkən şəxs hazırda İtaliyanın “Milan” komandasının üzvü Devid Bekhemdir.

Onun 188 milyon dollar sərvəti və 40 avtomobili var.

İngiltərəli futbolçuların sərvətləri və avtomobil kolleksiyaları:

Devid Bekhem:
Sərvəti 188 milyon dollardır. Bekhemin bu günədək sahib olduğu 40 avtomobil arasında “Porsche 911 Cabriolet”, “Rolls-Royce Drophead Coupe”, “Range Rover Sport”, “Jeep Wrangler”, “Aston Martin Vanquish” də var.

Ueyn Runi: Sərvəti 55 milyon dollardır. Son 6 ildə yararlandığı 19 avtomobil arasında “Aston Martin Vanquish”, “BMW M3”, “Ford Ka” və “Lamborghini Gallardo Spyder” də var.

Rio Ferdinand: Sərvəti 42 milyon dollardır. Ferdinand da “Aston Martin” həvəskarlarındandır. İndiyədək 2 “Aston Martin Vanquish” avtomobilinə sahib olan futbolçunun eyni zamanda 1 “Bentley Continental GT” və “Porsche Cayenne”i var.

Eşli Koul: Sərvəti 20 milyon dollardır. Koulun ən son maşını qara rəngli “Aston Martin DBS V12”dir.

Frenk Lempard: Sərvəti 30 milyon dollardır. Bu günədək “Audi Q7”, “Ferrari 612 Scaglietti” və “Aston Martin DB9” sürüb.

Stiven Cerrard: Sərvəti 30 milyon dollardır. Xüsusi olaraq yığılan “Range Rover” markalı avtomobilə və 150 min dollarlıq “Bentley GT”yə sahibdir.

Con Terri: Sərvəti 27 milyon dollardır. Terrinin olduqca geniş avtomobil kolleksiyası içərisində “Aston Martin DBS V12” və “Porsche 911 Turbo” da var.

Piter Krauç: Sərvəti 7,5 milyon dollardır. Krauç “Ranger Rover Sport” və “Bentley Continental” markalı 2 avtomobilə sahibdir.
0