“Everton” milli komandamızın futbolçusunu istəyir - EKSKLÜZİV
04.03.2010 - 18:13
“Everton” milli komandamızın futbolçusunu istəyir - EKSKLÜZİV
İngiltərənin “Everton” klubu Azərbaycan yığmasının futbolçusunu transfer edə bilər. Apasport.az saytının məlumatına görə, Liverpul təmsilçisi ölkəmizin 21 yaşlılardan ibarət yığmasının bir üzvünü gözaltı edib.

Adı çəkilməyən həmin futbolçu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə matçın iştirakçısı olub. 2:2 hesabı ilə nəticələnən, yığmamızın 10 nəfərlə qalanda belə yaxşı təsir bağışladığı həmin görüşü izləyən “Everton” menecerləri futbolçumuzu hədəfə alıb.

Bu həftəsonu “Everton” rəhbərliyi klubdaxili iclas keçirəcək və bundan sonra həmyerlimizin transferi ilə bağlı futbolçunun məxsus olduğu komandaya rəsmi müraciət olunacağı gözlənilir.
0