AFFA-nın Konfransında Premyer Liqaya dair müzakirə aparılmayacaq
05.03.2010 - 09:33
AFFA-nın Konfransında Premyer Liqaya dair müzakirə aparılmayacaq
Bu gün keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında və Konfransında Unibank Premyer Liqası ilə bağlı heç bir təklifə baxılmayacaq. Bu haqda Lent.az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

Onun sözlərinə görə, növbəti mövsümün formatı ilə bağlı məsələyə cari çempionat başa çatdıqdan sonra Icraiyyə Komitəsinin növbədənkənar iclasında baxılacaq.
0