Bleysi Nkufo Vaqif Cavadova yol açır
05.03.2010 - 09:46
Bleysi Nkufo Vaqif Cavadova yol açır
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın “Tvente” klubunun əsas heyətinə düşməsi gələn mövsüm daha asan olacaq. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçunun Enshede təmsilçisinin ön xəttində üzləşdiyi güclü rəqabət azalacaq.

Buna “Tvente”nin aparıcı futbolçusu Bleysi Nkufonun klubu tərk etməsi səbəb olacaq. Belə ki, İsveçrə milli komandasının hücumçusu yayda ABŞ-ın “Sietl Saunders” klubuna keçəcək. Karyerasını MLS-də davam etdirəcək 35 yaşlı Nkufo son 6 mövsümdə “Tvente”nin ən yaxşı bombardiri olub. Onun komandadan gedişi Vaqif də daxil olmaqla, klubda qalan hücumçuların heyətə düşmək şanslarını artıracaq.

Qeyd edək ki, hazırda zədəli olan Cavadov hələ “Tvente”nin heyətində debüt etməyib.
0