Azərbaycan yığması Rumıniyanı qabaqladı
05.03.2010 - 10:50
Azərbaycan yığması Rumıniyanı qabaqladı
Dünya çempionatının bu ilin yayında CAR-da keçiriləcək final mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası ilə qarşılaşacaq Honduras yığması 4 ölkə arasından seçilib. Apasport.az saytının məlumatına görə, Şimali Amerika təmsilçisinin baş məşqçisi Reynaldo Rueda yoxlama oyunları üçün rəqib axtarışlarını bitirdiklərini açıqlayıb. Afrikaya yollanmazdan əvvəl Avropada 2-3 sınaq matçının təşkilinə çalışan mütəxəssis bu qarşılaşmalar üçün ilkin olaraq 4 namizədin olduğunu bildirib. Azərbaycan yığması ilə yekun razılıq əldə olunana qədər honduraslılar Belarus, Rumıniya və KXDR ilə də danışıqlar aparıb. Digərlərini qabaqlayan millimizdən fərqli, bu 3 komanda görüşlərin razılaşdırılıb-razılaşdırılmayacağını gözləməlidir.
0