AFFA daha bir yığma komanda yaratdı
05.03.2010 - 11:12
AFFA daha bir yığma komanda yaratdı
Bu gün keçirilən AFFA-nın İcraiyyə Komitəsinin iclasında Premyer Liqa ilə bağlı müzakirələr aparılıb. Apasport.az saytının məlumatına görə, toplantıda ölkə çempionatının 10 komandadan ibarət 4 dövrəli sistem üzrə keçirilməsi barədə fikirlər səsləndirilib. Bu məsələnin mayda bir daha İcraiyyə Komitəsində müzakirəsi qərara alınıb.

Bundan başqa, 16 yaşlılardan ibarət yığmanın təşkili haqda qərar verilib. Eyni zamanda, AFFA-nın yeni loqosu təsdiqlənib. Loqo alov formasında olacaq. Yeni təsis olunan AFFA TV vasitəsilə isə internetdə görüntüləri izləmək olacaq.
0