“Xəzər-Lənkəran” - “Qarabağ” oyunu canlı yayımda
15.03.2010 - 12:06
“Xəzər-Lənkəran” - “Qarabağ” oyunu canlı yayımda
Azərbaycan Kuboku uğrunda yarışların 1/4 final mərhələsinin cavab mərhələsinin iki oyunu canlı yayımlanacaq. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, tamaşaçılar martın 16 və 17-də keçiriləcək qarşılaşmalardan ikisini "İdman Azərbaycan" kanalı vasitəsi ilə canlı izləyə biləcək.

Belə ki, sabah “Şəfa” stadionunda baş tutacaq "Olimpik-Şüvəlan" - "Simurq", çərşənbə günü Lənkəranda oynanılacaq "Xəzər-Lənkəran" - "Qarabağ" matçları televiziya ilə göstəriləcək.

Qeyd edək ki, paytaxtda baş tutan görüş 15:00, Lənkərandakı matç isə 18:00-da başlayacaq.
0