Fərid Quliyev danışıqlar apardığı klubun adını açıqladı
16.03.2010 - 00:21
Fərid Quliyev danışıqlar apardığı klubun adını açıqladı
“Xəzər-Lənkəran”la danışıqlarımız olub”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Standard” klubunun hücumçusu Fərid Quliyev deyib.

Qış transfer dövründə başqa komandalara keçmək şansının olduğunu deyən yığmamızın futbolçusu bildirib ki, müqaviləsi olduğundan “Standard”da qalıb: “Başqa komandalardan da təklif almışdım. Ancaq klub rəhbərliyi yaya qədər komandada qalmağımı istədi. Müqaviləm də davam edir. Ona görə də qalası oldum”.

“Xəzər-Lənkəran”ın məşqlərində iştirak etdiyi barədə xəbərləri təkzib edən Quliyevin sözlərinə görə, “Standard”ı tərk etməyi mümkündür: “Bu haqda danışmaq tezdir. Qabaqda çempionat və kubok oyunları var. İndi diqqətimi həmin matçlara yönəltmişəm”.
0