Araz Abdullayev Kazana yox, kazarmaya yollanır
16.03.2010 - 00:04
Araz Abdullayev Kazana yox, kazarmaya yollanır
“Neftçi” klubunun futbolçusu Araz Abdullayevin Rusiyanın “Rubin” klubuna keçidi baş tutmur. Apasport.az saytının məlumatına görə, mili komandamızın da üzvü olan gənc futbolçunun Kazan təmsilçisinə keçidinə əsgərlik problemi mane olur. Bu səbəbdən onun Rusiyada oynamayacağı artıq dəqiqləşib. O, öncə Vətənə borcunu verməli, yalnız bundan sonra gələcək karyerasına aydınlıq gətirməlidir.

Məsələ ilə bağlı “Neftçi” klubunun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu apasport.az saytına bildirib ki, Arazın 18 yaşı tamam olmadığı üçün “Neftçi” “Rubin”lə hər hansı müqavilə bağlamayıb. Klub rəsmisi Abdullayevi məşhur portuqaliyalı Ronaldo ilə müqayisə edərək vurğulayıb ki, həmyerlimiz gələcəkdə daha böyük komandada oynamağa layiqdir: “Gələcəkdə Araz Ronaldo kimi tanınmış futbolçu ola bilər. Onun “Rubin”də yox, daha böyük klublarda oynamasını istəyirik. Amma bununla belə, yaxın zamanlarda 18 yaşı olacaq Araz həqiqi-hərbi xidmətini də keçməlidir”.
0