Türklər “Mançester Yunayted”in sponsoru oldu
16.03.2010 - 01:02
Türklər “Mançester Yunayted”in sponsoru oldu
Türk Hava Yolları şirkəti İngiltərənin məşhur “Mançester Yunayted” futbol klubu ilə rəsmi sponsorluq müqaviləsi imzalayıb. Apasport.az saytının xəbərinə görə, “Old Trafford” stadionunda baş tutan imzalama mərasimində Türk Hava Yolları şirkətinin İdarə Heyətinin sədri Hamdi Topçu, “Mançester Yunayted” klubunun rəhbəri Devid Gillə yanaşı, bir çox futbolçular da iştirak edib.

Sponsorluq müqaviləsinə əsasən, 3,5 il ərzində Avropanın dördüncü ən böyük hava yolu şirkəti olan Türk Hava Yolları klub oyunçularının bütün oyunlara, turnirlərə və təlim toplanışlarına daşınması ilə məşğul olacaq. “Old Trafford” stadionunda yerləşdirilən bütün reklam plakatlarının üstündə isə Türk Hava Yolları şirkətinin emblemi yer alacaq.

anspress.com
0