Devid Bekhem yığmaya məşqçi gətirilir
16.03.2010 - 10:03
Devid Bekhem yığmaya məşqçi gətirilir
Məşhur ingilis futbolçu Devid Bekhem məşqçiliyə başlayır. Apasport.az saytının məlumatına görə, İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello “Milan” klubunda oynayan 35 yaşlı yarımmüdafiəçiyə özünə köməkçisi olmağı təklif edib.

İtaliya A seriyasının son turunda “Kyevo” ilə ev oyununda daban nahiyəsindən ağır zədə aldıqdan sonra uzun müddətə sıradan çıxan Bekhem böyük ehtimalla DÇ-2010-a qədər sağala bilməyəcək. İtalyan mütəxəssis Devidin mundialda yığmanın məşqçilər korpusunda yer almasını istəyir: “Bekhemlə zədə aldığı oyundan sonra söhbət etdim. Bu, ilk növbədə onu dəstəkləmək üçün idi. Devid əla futbolçudur. O, CAR-a getmək üçün çox işləyib. Belə olan halda, dünya çempionatını buraxmaq Bekhemə ağır zərbə olacaq”.
0