Stadionun əməkdaşı klub rəhbərliyinə qarşı çıxdığı üçün qovuldu - FOTO
16.03.2010 - 10:20
Stadionun əməkdaşı klub rəhbərliyinə qarşı çıxdığı üçün qovuldu - FOTO
İngiltərənin “Old Trafford” stadionunda çalışan satıcı “Mançester Yunayted” rəhbərliyinə qarşı çıxdığı üçün işdən azad olunub. Apasport.az saytının məlumatına görə, bufetdə satıcılıqla məşğul olan tələbə azarkeşlərin etiraz aksiyasına qoşulduğu üçün işini itirib. “Mançester Yunayted”in sahibləri Qleyzer ailəsindən klubu satmağı tələb edən fanatlara dəstək olaraq azarkeşlər sevimli komandalarının qırmızı rənglərinə arxa çeviriblər. Bu səbəbdən mançesterlilər “Old Trafford”a qırmızı deyil, sarı-yaşıl şarflarla təşrif buyurub. Çörək pulunu bufetdə qazanan Cerri Vayz da bu rəngə üstünlük verib. O, iş yoldaşlarından birinin xahişini də qulaqardına vurub şarfı boynundan çıxarmayıb. Bu səbəbdən supervayzer onun qolundan yapışaraq, piştaxtanın arxasından çıxarmaqla ofisə aparıb. Belə vəziyyətdə azarkeşlər Cerriyə alqış ünvanlayaraq, klub rəsmisinə fitə basıblar.
0