Ruslar “Neftçi”nin futbolçusunun müdafiəsinə qalxdılar
18.03.2010 - 16:27
Ruslar Bakının “Neftçi” klubunun futbolçusu Valeri Abramidzenin müdafiəsinə qalxıblar. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqı (RFİ) 30 yaşlı gürcü müdafiəçinin ucbatından onun keçmiş komandası Barnaul “Dinamo”suna yeni futbolçu transfer etməyə qadağa qoyub. Bu haqda qərar çıxaran RFİ-nin Oyunçuların Statusu üzrə Mübahisəli Məsələlərin Həlli Komitəsinin Palatası ikinci divizion təmsilçisinə yeni oyunçuları qeydiyyatdan keçirməyə icazə vermir. Buna səbəb “Dinamo”nun Abramidzeyə borclu qalmasıdır. Barnaul klubu qadağanın götürülməsi üçün Valeri ilə maddi məsələləri yoluna qoymalıdır. RFİ “Dinamo”nun legioneri ilə əməkdaşlıqla bağlı anlaşmanın şərtlərini yerinə yetirmədiyini təsdiqləməklə, Abramidzeni haqlı çıxarıb. Nəticədə klub borc ödənilməyənə qədər yeni futbolçularının xidmətindən istifadə edə bilməyəcək.
Qeyd edək ki, ölkəmizə ilk dəfə 2005-in yazında gələn Abramidze “Neftçi” və “Xəzər-Lənkəran”da oynadıqdan sonra 2007-ci ildə Rusiya karyerasını bərpa etdi. Valerinin qış fasiləsində “Neftçi”yə qayıdanadək axırıncı klubu məhz Barnaul “Dinamo”su olub.
Qeyd edək ki, ölkəmizə ilk dəfə 2005-in yazında gələn Abramidze “Neftçi” və “Xəzər-Lənkəran”da oynadıqdan sonra 2007-ci ildə Rusiya karyerasını bərpa etdi. Valerinin qış fasiləsində “Neftçi”yə qayıdanadək axırıncı klubu məhz Barnaul “Dinamo”su olub.
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
0
0