“İnter” - “Xəzər-Lənkəran” oyunu canlı yayımda, ancaq başqa vaxtda
19.03.2010 - 15:20
“İnter” - “Xəzər-Lənkəran” oyunu canlı yayımda, ancaq başqa vaxtda
Unibank Premyer Liqasında XXIV turunun iki oyunu canlı yayımlanacaq. Apasport.az saytının Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, azarkeşlərimiz ilk “altılığ”ın üç görüşündən ikisini - “Qəbələ” - “Qarabağ” və “İnter” - “Xəzər-Lənkəran” oyununu izləyə bilərlər.

Qəbələdəki oyunun AzTV, “Şəfa” stadionundakı görüşün “İdman Azərbaycan” kanalı ilə göstərilməsi nəzərdə tutulub. Martın 21-də keçiriləcək bu oyunlardan “İnter” - “Xəzər-Lənkəran”ın vaxtı məhz canlı yayıma görə dəyişdirilib. Belə ki, saat 16:00-da startı verilməli olan turun mərkəzi oyunu bu səbəbdən 15 dəqiqə sonra başlayacaq.

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu saat 15:00-da başlayacaq.
0