Çempionlar Liqasının 1/4 finalında 2 möhtəşəm matç - YENİLƏNİB
19.03.2010 - 15:22
Çempionlar Liqasının 1/4 finalında 2 möhtəşəm matç - YENİLƏNİB
Bu gün Çempionlar Liqasının 1/4 final və yarımfinal mərhələsinin püşkü atılır. Apasport.az saytının məlumatına görə, püşkatma mərasimi UEFA-nın Nyon şəhərində yerləşən mənzil-qərargahında Bakı vaxtı ilə saat 15:00-da başlanıb. Özü də budəfəki tədbir “kor püşk” adlanır. Çünki klublar reytinqlərinə görə səbətlərə bölünmədiyindən, eyni ölkələrin, bir qrupda mübarizə aparmış komandaları üz-üzə gələ bilərlər.

1/4 final

1. “Lion” (Fransa) - “Bordo” (Fransa)
2. “Bavariya” (Almaniya) - “Mançester Yunayted” (İngiltərə)
3. “Arsenal” (İngiltərə) - “Barselona” (İspaniya)
4. “İnter” (İtaliya) - MOİK (Rusiya)

İlk oyunlar 30-31 mart, cavab görüşləri 6-7 apreldə keçiriləcək.

Yarımfinal

2-ci cütün qalibi - 1-cü cütün qalibi
4-cü cütün qalibi - 3-cü cütün qalibi

İlk oyunlar 20-21 aprel, cavab görüşləri 27-28 apreldə keçiriləcək.

Final mayın 22-də İspaniyanın paytaxtı Madriddə baş tutacaq.
0