“Simurq” darmadağın oldu, “Turan”dan əzmkar qələbə - YENİLƏNİB
20.03.2010 - 16:56
“Simurq” darmadağın oldu, “Turan”dan əzmkar qələbə - YENİLƏNİB
Bu gün Unibank Premyer Liqasında XXIV tur start götürür. Turun ilk günündə ikinci “altılıq”da qərarlaşan komandalar mübarizə aparacaqlar. Buna görə də futbol azarkeşlərinin bu gün yox, məhz sabah daha maraqlı oyunlar izləyəcəyi gözlənilir.


Apasport.az saytı ənənəsinə sadiq qalaraq, Premyer Liqa oyunlarının nəticələrini onlayn təqdim edəcək. Sadiq oxucularımız vurulacaq qolların müəllifləri, yaşanacaq maraqlı hadisələr, eləcə də oyunsonrası baş məşqçilərin səsləndirəcəkləri fikirlərlə saytımız vasitəsilə tanış ola bilərlər.


20 mart

15:00. “Karvan” - “Muğan” - 0:0
Hakimlər: Elnur Muradov, Eldar Nağıbəyov, Vaqif Ayvazov, Azad Mütəllimov
Yevlax. Şəhər stadionu

15:00. “Standard” - “Turan” - 2:3
QOLLAR: Samir Zərgərov, 55; Amiran Muciri, 75 - Nadir Nəbiyev, 70; 83; Peter Kolavole, 90+2
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Elşən Durmuşov, Səbayel Qurbanova
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

15:00. “Simurq” - “Olimpik-Şüvəlan” - 0:3
QOLLAR: Viktor İqbekoi, 13; Alves Dos Santos, 35; Anatoli Doroş, 39
Hakimlər: Elçin Məmmədov, Elşən Acalov, Aleksandr Musatkin, Əmrah İbrahimov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

21 mart

15:00. “Qəbələ” - “Qarabağ”
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, Mübariz Haşımov, Hacıəli Ağayev
Qəbələ. Şəhər stadionunun süni örtüklü meydançası

15:00. “Neftçi” - “Bakı”
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Munis Abdullayev, Ceyhun Haşımov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

16:10. “İnter” - “Xəzər Lənkəran”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Zöhrab Əliyev
Bakı. “Şəfa” stadionu
0