Raykaard “Qalatasaray”dan gedir
20.03.2010 - 15:23
İngiltərənin “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Frank Raykarda göz dikib. Lent.az-ın məlumatına görə, bu haqda “ESPN”ə “Çelsi” daxilindəki mənbələrdən bildirilib.
“Zadəganlar”ın Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırmasından möhkəm qəzəblənən Abramoviç baş məşqçi Karlo Ançelottiyə ultimatum verib: “Çelsi” bu mövsüm İngiltərə çempionu olmalıdır. Əks halda, Ançelotti qovulacaq. Rusiyalı milyarder italiyalı mütəxəssisə əvəz kimi Raykardı düşünür.
Qeyd edək ki, Frank Raykardın rəhbərliyi altında İspaniyanın “Barselona” klubu 2005-2006-cı il mövsümündə Çempionlar Liqasının qalibi olub.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0