“Bəxtiyar Soltanov xaricdə oynaya bilər”
21.03.2010 - 11:03
Azərbaycan yığmasının sabiq üzvü Mahmud Qurbanovun hazırda şərəfini qoruduğu “Bakı” futbolçuları ilə münasibəti normalıdır. Apasport.az saytının məlumatına görə, komanda yoldaşları bir böyük kimi Mahmudun hörmətini saxlayırlar.
Qurbanov hesab edir ki, “Bakı”da istedadlı futbolçular yetərincədir: “Bakı”nın gördüyü işlər göz qabağındadır. Uşaq futbolunun inkişafına önəm veririk. Məncə, “Bakı” düzgün yoldadır. Əsas heyətə yeni uşaqların cəlb olunması artıq adət halını alıb. Bir yer də oynadığım gənclərdən yarımmüdafiəçi Bəxtiyar Soltanov və qapıçı Aqil Məmmədov Azərbaycanı onun hüdudlarından kənarda təmsil edə bilər. Əlbəttə, hər bir futbolçunun üzərinə böyük yük düşür”.
Qeyd edək ki, Mahmud Qurbanov “Bakı”nın ən yaşlı və təcrübəli oyunçusudur. 37 yaşlı “professor” bu kluba gəlməzdən öncə “Kəpəz”, “Neftçi”, “Şəmkir”, “Fulad” (İran), “Tavriya” (Ukrayna), “Xəzər Lənkəran” və “İnter”in şərəfini qoruyub.
O 1992-ci ildən çağırıldığı Azərbaycan yığmasında 76 oyunda bir dəfə fərqlənib. Berti Foqtsun gəlişindən sonra Mahmud Qurbanov dəvəti ilə sırasında yer almır.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0