“Bakı” klubu Məqsəd Yaqubəliyevə tapşırılıb
23.03.2010 - 17:48
“Bakı” klubu Məqsəd Yaqubəliyevə tapşırılıb
“Bakı”nın baş məşqçi postundan istefa verən Bülənt Korkmaz bu gün klubun bazasında olaraq komanda üzvləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, vida mərasimində paytaxt təmsilçisinin baş meneceri Zeynal Məmmədov, vitse-prezidenti Tunc Avşar və icraçı direktor Yaşar Seyidov da iştirak ediblər. Zeynal Məmmədov klubun prezidenti Hafiz Məmmədovun adından xatirə hədiyyəsini Korkmaza təqdim edib. Tədbirdə çıxış edən baş menecer baş məşqçi istefasının komandaya təsir etməyəcəyinə inandığını bildirib. Hədəflərin dəyişmədiyini, çempionluq və kubok uğrunda mübarizə aparacaqlarını söyləyən Zeynal Məmmədov cari mövsümün sonunadək yeni baş məşqçi gətirilməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, komandanı mövsümün son qarşılaşmalarına məşqçilər korpusu çıxaracaq. Ölkə çempionatının son 8 turunda və kubok yarışlarında paytaxt təmsilçisinə Məqsəd Yaqubəliyev və Ərcan Kılıç rəhbərlik edəcək. Onlarla yanaşı qapıçılarla çalışan Aydın Salatan da komandada qalacaq.
0