Venyo: Baş məşqçi dəyişikliyi də bizə problem yarada bilməz
24.03.2010 - 12:47
Venyo: Baş məşqçi dəyişikliyi də bizə problem yarada bilməz
“Hələ də istədiyim oyunu göstərə bilmirəm. Hər futbolçu çıxış etdiyi mühiti dəyişərkən zamana ehtiyac duyur. İlk günlərdə mən də müəyyən problemlər yaşadım. Amma indi hər şey qaydasına düşür”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın braziliyalı futbolçusu Venyo Moraeş Pio deyib.

Qış fasiləsində Portuqaliyanın yüksək liqasından transfer olunan yarımmüdafiəçi ilk vaxtlar özünü yaxşı göstərə bilməyib. Ancaq son maçlarda inamlı təsir bağışlayan Venyo klubun rəsmi saytına açıqlamasında bildirib ki, mövsümü uğurla başa vuracaqlarını düşünür: “Növbəti oyunlarda azarkeşləri sevindirmək üçün daha çox çalışacağam. Komandamız həm çempionatda, həm də kubokda iddiasını davam etdirir. Çalışıb şansımızdan istifadə etməliyik. Mən “Bakı”nın bu mövsüm uğur qazanacağına inanıram. Hətta baş məşqçi dəyişikliyi də bizə problem yarada bilməz. Növbəti oyunlarda bütün gücümüzü ortaya qoyacağıq. “Qəbələ” ilə qarşıdakı görüşdə yeni qələbə seriyasının başlanğıcını qoymaq istəyirik”.
0