Hacı Hacıyev: Bizim üçün ən çətin an Mahir Şükürovun qovulması idi
24.03.2010 - 13:31
Hacı Hacıyev: Bizim üçün ən çətin an Mahir Şükürovun qovulması idi
Rusiyanın “Anji” komandasının yeni baş məşqçisi Hacı Hacıyev azərbaycanlı futbolçu Mahir Şükürov haqda verilən qərarı ağır sayır. Apasport.az saytının məlumatına görə, milli komandamızın da üzvü olan 28 yaşlı müdafiəçi “Anji”nin Rusiya Premyer Liqasının 2-ci turunda Permin “Amkar” komandası ilə səfər oyununda (0:1) fasiləyə az qalmış iki dəqiqəyə aldığı iki sarı vərəqə nəticəsində meydanı tərk etməli olub. Baş məşqçi postundan istefa verən Omari Tetradzeni əvəzləyən Hacıyev həmin qırmızı vərəqəni startda ağır cəza sayır: “Hesab edirəm ki, komandamız üçün ilk turlarda ən çətin an “Amkar”la oyunda 7-ci dəqiqəyə kimi iki sarı vərəqə və 40-cı dəqiqədə Mahir Şükürovun qovulması idi. Məni çox sevindirən isə futbolçuların oyuna münasibətidir. Bundan əlavə, respublika rəhbərliyinin Dağıstanda futbolun inkişafı ilə bağlı istəyini qeyd etməyə bilmərəm. Mənə elə gəlir ki, “Anji”də Premyer Liqa səviyyəsinə uyğun futbolçular var. Daha konkret danışmaq üçünsə onları bir az da yaxşı tanımaq lazımdır. Təəssüf ki, mən hələ bununla öyünə bilmərəm. Dağıstanda azarkeş emosionaldır. Onlar bir qayda olaraq çox gözləməyi sevmirlər”.

Qeyd edək ki, Mahir cəzalı olduğu üçün növbəti turda Moskva MOİK-i ilə martın 26-da Mahaçqalada keçiriləcək oyunu buraxacaq.
0