Vaqif Cavadovun komandası zirvədə qaldı
25.03.2010 - 10:29
Vaqif Cavadovun komandası zirvədə qaldı
Hollandiya çempionatında 29-cu turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə. Həmyerlimiz Vaqif Cavadovun formasını geyindiyi “Tvente” Eyndhovendə PSV klubunun qonağı olub. Cavadovun oynamadığı qarşılaşmada meydan sahibləri ikinci hissənin əvvəlində hesabı açsa da, 23 dəqiqə sonra Enshede təmsilçisi bərabərlik topunu vurub. 1:1 hesablı bərabərlikdən sonra “Tvente” aktivindəki 71 xalla birinci pillədəki mövqeyini qoruyub. “Ayaks” 67 xalla ikinci, PSV isə 66 xalla üçüncü yerdədir.
0