“Messi” “Fənərbaxça”da - FOTO
25.03.2010 - 13:03
İstanbulun “Fənərbaxça” klubu “Messi”ni transfer edib. Apasport.az saytının məlumatına görə, söhbət argentinalı ulduz futbolçu Lionel Messidən yox, sadəcə “Messi” ləqəbli yeniyetmə türk istedaddan gedir. 15 yaşlı Rəcəb Niyaz oyunu ilə yanaşı, zahiri görünüş baxımından da Messiyə bənzəyir. O da “Barselona”nın yarımmüdafiəçisi kimi, bəstəboy və uzunsaçdır.
Türkiyənin 16 yaşlılardan ibarət yığmasının və “Dənizlispor”un şərəfini qoruyan Rəcəbi “Qalatasaray”, “Mançester Yunayted” və “Ayaks” klubları da heyətə cəlb etmək istəyirdilər. Lakin hamıdan cəld tərpənən “Fənərbaxça” rəsmiləri Niyazın ailəsi 200 min türk lirəsi (təxminən 100 min manat) ödəyiblər. Həmçinin, klub rəhbərliyi futbolçuya ev və avtomobil də alacaq. Növbəti mövsümdən etibarən “sarı-lacivərdli” forma geyinəcək Rəcəb təhsilini İstanbulda davam etdirəcək.

- “Beşiktaş” “Barselona”nın futbolçusunu istəyir: Agentlə əlaqə saxlanıldı
- Səudiyyə Ərəbistanında istefa - Federasiya prezidenti postunu tərk etdi
- Haaland “Real”a keçmək istəmir: Səbəb Mbappe və Vinisiusdur
- DÇ-2026-dan sonra baş məşqçiyə ölüm təhdidi: Polis hərəkətə keçdi
- “Mançester Siti”nin yeni Baş məşqçisi açıqlandı
0
0