“Qalatasaray” derbidə “Fənərbaxça”nı böyük hesabla məğlub edəcək”
25.03.2010 - 14:58
“Qalatasaray” derbidə “Fənərbaxça”nı böyük hesabla məğlub edəcək”
“İstanbul derbisində xüsusi motivasiyaya ehtiyac yoxdur. Sadəcə, meydançada olmaq hislərinizi oyadır və daha çox və yaxşı oynamaq istəyirsiniz”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray” klubunun keçmiş futbolçusu Kassio Linkoln deyib.

Hazırda vətənində “Palmeyras”ın formasını geyinən braziliyalı oyunçu martın 28-də keçiriləcək “Qalatasaray” - “Fənərbaxça” derbisi haqda fikirlərini bölüşüb. O, həftəsonu “Cim Bom”un qələbə qazanacağını bildirib: “İndi “Qalatasaray”da mənim oynadığım dövrlə müqayisədə, daha güclü heyət var. Sabiq komanda yoldaşlarıma çox güvənirəm. Düşünürəm ki, “sarı-qırmızılılar” “Fənərbaxça”nı böyük hesabla məğlub edəcək”.

Xatırladaq ki, Linkoln ötən ilin yayında “Qalatasaray”ın təlim-məşq toplanışına qatılmadığından, klubla müqaviləsi birtərəfli ləğv olunub.
0