Muştuluq: “Anşad-Petrol” üçün 2010-cu il başlayır!
25.03.2010 - 16:19
Muştuluq: “Anşad-Petrol” üçün 2010-cu il başlayır!
Martın 27-28-də futbol üzrə Azərbaycan çempionatının I divizionunda XV turun oyunları keçiriləcək. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumata görə, bu turda Neftçala təmsilçisi “Anşad-Petrol”u da yaşıl meydanda görmək mümkün olacaq. Neftçalalılar bu il birinci oyuna çıxacaqlar. Məsələ burasındadır ki, maddi problemlərlə üzləşən “Anşad-Petrol”un ikinci dövrədəki ilk 3 matçı təxirə salınıb.
Xatırladaq ki, birinci dövrədə Neftçala komandasının 4 oyunu təxirə düşmüşdü.

I divizion, XV tur
27 mart (şənbə)


“Bakılı” – “Energetik”

Hakimlər: Fariz Yusifov, Elşən Məmmədov, Ağahüseyn Əzizov, İlqar Zeynalov
Hakim-inspektor: Şahin Cəfərov
“Şəfa” stadionu, 4-cü meydança

MKT “Araz” – “Gəncə”
Hakimlər: Anar Niyazov, Elşən Acalov, Şakir Quliyev, İsmayıl Rəhimov
Hakim-inspektor: Şamil Useynov
Heydər Əliyev adına İmişli şəhər stadionu

“Göyəzən” – ABN “Bərdə”
Hakimlər: Hacıəli Ağayev, Rauf Məmmədov, Səbuhi Əmrahov, Ruslan Quliyev
Hakim-inspektor: Şakir Əmrahov
Qazax şəhər stadionu

28 mart (bazar)

“Neftçi İSM” – “Rəvan”

Hakimlər: Əmrah İbrahimov, Hüseyn İmanov, Nahid Əliyev, Nihad Xəlilov
Hakim-inspektor: Mübariz Hüseynov
T.İsmayılov adına Suraxanı qəsəbə stadionu

“Ədliyyə” – “Şahdağ”
Hakimlər: Samir Hüseynov, Rasim Əhmədov, Balabəy Ağayev, Rahin Heybətov
Hakim-inspektor: Ramiz Abdullayev
“Ədliyyə” stadionu

MOİK – “Anşad-Petrol”
Hakimlər: Elvin Əsgərov, Əli Cəbrayılov, Hüseyn Əsgərov, Şahin İsayev
Hakim-inspektor: İrina İsgəndərova
“Şəfa” stadionu, 4-cü meydança

Bütün oyunlar saat 16:00-da başlanır.
0