AFFA Hakimlər Komitəsi Vüsal Əliyevi neçə oyunluq cəzalandırıb?
25.03.2010 - 16:30
AFFA Hakimlər Komitəsi Vüsal Əliyevi neçə oyunluq cəzalandırıb?
Unibank Premyer Liqasının XXV turunun matçlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, AFFA Hakimlər Komitəsi yenə FİFA referisi Vüsal Əliyevə təyinat verməyib. Martın 17-də Azərbaycan kuboku uğrunda yarışın 1/4 final mərhələsində “Xəzər-Lənkəran” və “Qarabağ” arasında keçirilmiş oyunda kobud səhvlər buraxmış Əliyev artıq 2 turdur işsiz qalır. Bu isə onun AFFA Hakimlər Komitəsi tərəfindən cəzalandırılması anlamına gəlir. Lakin Əliyevin neçə tur fit çalmayacağı açıqlanmır.

Premyer Liqa, XXV tur
27 mart (şənbə)


“Xəzər Lənkəran” – “Neftçi”

Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, Mübariz Haşımov, Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Lənkəran şəhər mərkəzi stadionu. Saat 18:00

“Qarabağ” – “İnter”
Hakimlər: Elçin Məmmədov, Vaqif Musayev, İlham Əliyev, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00

“Turan” – “Simurq”
Hakimlər: Azad Mütəllimov, Ramiz Əsədov, Eldar Nağıbəyov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Novil İsmayılov
Tovuz şəhər stadionu. Saat 16:00

“Muğan” – “Standard”
Hakimlər: Rövşən Əhmədov, Samir Hacıyev, Qəzənfər Məmmədov, Alik Yunusov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rüfət Hüseynov
Salyan şəhər Olimpiya İdman Kompleksinin satdionu. Saat 16:00

28 mart (bazar)

“Bakı” – “Qəbələ”

Hakimlər: Anar Salmanov, Aydın Ələkbərov, Elman Musayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Nizami Şərifov
T.Bəhramov adına Respublika stadionu. Saat 16:00

“Olimpik-Şüvəlan” – “Karvan”
Hakimlər: Zöhrab Əliyev, İsgəndər Əliyev, Habil Əliyev, Fuad Həsənov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Murad Məmmədov
“Şəfa” stadionu. Saat 16:00
0