Türkiyə - Azərbaycan oyunu aprelin 14-də baş tutacaq
26.03.2010 - 08:52
Türkiyə - Azərbaycan oyunu aprelin 14-də baş tutacaq
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda Azərbaycan yığmasının keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, milli komandamız ilk görüşünü Türkiyəyə qarşı keçirəcək.

14 aprel, saat 18:00. Atatürk stadionu
Türkiyə – Azərbaycan

16 aprel, saat 18:00. Anadolu Universiteti stadionu
Norveç – Azərbaycan

19 aprel, saat 18:00. Anadolu Universiteti stadionu
Azərbaycan – İspaniya

Xatırladaq ki, yığmamızın yer aldığı 4-cü qrupun oyunları Türkiyənin Eskişehir şəhərində keçiriləcək.

Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
0