FİFA hakimimiz I divizionda təcrübə toplayır
26.03.2010 - 09:15
FİFA hakimimiz I divizionda təcrübə toplayır
Futbol üzrə I divizion komandaları arasında keçirilən Azərbaycan çempionatında XV turun oyunlarına hakim təyinatları açıqlanıb. Apasport.az saytının xəbərinə görə, FİFA referisi Fariz Yusifov da təyinat alanlar sırasındadır. Unibank Premyer Liqasının ötən tur “İnter” – “Xəzər-Lənkəran” oyununda qonaqların qapısına təyin etdiyi şübhəli penalti ilə “fərqlənən” FİFA hakimi indi “Bakılı” – “Energetik” matçında fit çalacaq.

27 mart (şənbə)

“Bakılı” – “Energetik”

Hakimlər: Fariz Yusifov, Elşən Məmmədov, Ağahüseyn Əzizov, İlqar Zeynalov
Hakim-inspektor: Şahin Cəfərov
“Şəfa” stadionu, 4-cü meydança

MKT “Araz” – “Gəncə”
Hakimlər: Anar Niyazov, Elşən Acalov, Şakir Quliyev, İsmayıl Rəhimov
Hakim-inspektor: Şamil Useynov
Heydər Əliyev adına İmişli şəhər stadionu

“Göyəzən” – ABN “Bərdə”
Hakimlər: Hacıəli Ağayev, Rauf Məmmədov, Səbuhi Əmrahov, Ruslan Quliyev
Hakim-inspektor: Şakir Əmrahov
Qazax şəhər stadionu

28 mart (şənbə)

“Neftçi İSM” – “Rəvan”

Hakimlər: Əmrah İbrahimov, Hüseyn İmanov, Nahid Əliyev, Nihad Xəlilov
Hakim-inspektor: Mübariz Hüseynov
T.İsmayılov adına Suraxanı qəsəbə stadionu

“Ədliyyə” – “Şahdağ”
Hakimlər: Samir Hüseynov, Rasim Əhmədov, Balabəy Ağayev, Rahin Heybətov
Hakim-inspektor: Ramiz Abdullayev
“Ədliyyə” stadionu

MOİK – “Anşad-Petrol”
Hakimlər: Elvin Əsgərov, Əli Cəbrayılov, Hüseyn Əsgərov, Şahin İsayev
Hakim-inspektor: İrina İsgəndərova
“Şəfa” stadionu, 4-cü meydança

Bütün oyunlar saat 16:00-da başlanır.
0