“Xəzər-Lənkəran” uduzdu
26.03.2010 - 11:42
“Xəzər-Lənkəran” uduzdu
Unibank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında XXV turun oyunları start götürüb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, ikinci “altılıq”da mübarizə aparan “Olimpik-Şüvəlan” klubu “Şəfa” stadionunun 4-cü meydançasında “Xəzər-Lənkəran”ı sınağa çəkib. Bakılılar Orxan Səfiyaroğlunun yeganə qolu sayəsində minimal hesablı qələbə qazanıblar.

Bu qələbənin ardından xalını 18-ə çatdıran “Olimpik-Şüvəlan” 9-cu pilləyə yüksəlib. “Xəzər-Lənkəran” isə əvvəlki kimi, 25 xalla 8-ci yerdədir. Turun qalan oyunları bu gün baş tutacaq.

Əvəzedicilərin çempionatı, XXV tur

“Olimpik-Şüvəlan” - “Xəzər-Lənkəran” - 1:0

Orxan Səfiyaroğlu, 16
0