“Yuventus”a ağır zərbə
26.03.2010 - 12:20
“Yuventus”a ağır zərbə
İtaliya çempionatında XXX tur çərçivəsində sonuncu matç keçirilib. Apasport.az saytının məlumatına görə, hesabat turu “Napoli” - “Yuventus” görüşü ilə yekunlaşıb. Azarkeşlər bu matçda iki fərqli hissə izləyiblər.

Belə ki, qonaqlar oyuna fəal başlayıblar və artıq 7-ci dəqiqədə hesabı açıblar. Corcio Kyellini “Yuventus”u hesabda önə çıxarıb. Lakin fasilədən sonra hər şey əksinə olub. “Napoli” ardıcıl 3 qol vuraraq, əzmkar qələbə qazanıb - 3:1.

Bununla da, “Yunentus” mükafatçılar sırasına düşmək baxımından ağır zərbə alıb. Turinlilər çempionatın başa çatmasına 8 tur qalmış 45 xalla 7-ci yerdə qərarlaşıblar. Komandanı “liderlər qrupu”ndan 11 xal ayırır. “Napoli” də eyni xala malik olmasına baxmayaraq, şəxsi göstəricilərə görə, “Yuventus” üstələyib və 6-cı yerə qalxıb.
0