Milli komandamız dağlara çıxır
29.03.2010 - 23:01
Milli komandamız dağlara çıxır
Azərbaycan milli komandasının mayın 29-da keçirəcəyi yoldaşlıq oyununun yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Makedoniya yığması ilə Avstriyada baş tutacaq qarşılaşmanın Karintiyada oynanılması nəzərdə tutulub.

Ölkənin cənubunda yerləşən bu vilayət əsasən dağlıq ərazidən ibarətdir. İtaliya və Sloveniya ilə sərhəddə yerləşən Karintiya 2000-4000 m hündürlüyündəki dağlarla əhatə olunub. Bölgənin paytaxtı Klaqenfurt şəhəri dəniz səviyyəsindən 446 m hündürlükdədir. Makedoniya ilə görüşün də paytaxtda baş tutacağı nəzərdə tutulub. Klaqenfurtun iki stadionu daha çox tanınır ki, yığmamızın görüşü də bu arenaların birinə təsadüf edəcək. Şəhər 32 min tamaşaçı tutumuna malik “Hipo Arena” və cəmi 5500 tamaşaçı tutan “Klaqenfurt ştadtalle” kimi arenalara malikdir.

Qeyd edək ki, yığmamız Makedoniya ilə yanaşı, Moldova və Honduras milliləri ilə də görüşəcək.
0