Vaqif Cavadov: İki həftə qaldı...
29.03.2010 - 23:11
Vaqif Cavadov: İki həftə qaldı...
Azərbaycan yığmasının və Hollandiyanın "Tvente" klubunun hücumçusu Vaqif Cavadovun zədəsi sağalır. Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçu zədədən sonra bərpa prosesinin son mərhələsini keçir. Hazırda özünü yaxşı hiss edən Cavadov 2 həftədən sonra oynamağa tam hazır olacaq.

Xatırladaq ki, Cavadov "Tvente" ilə cari ilin əvvəlində 3,5 illik müqavilə imzalayıb. Dizindən əməliyyat olduğuna görə, yeni klubunda rəsmi debüt etməyib.

Hollandiya çempionatının sonuna 5 tur qalıb. Hazırda "Tvente" 74 xalla turnir cədvəlinə başçılıq edir. Enshede təmsilçisi ən yaxın izləyicisi "Ayaks"ı 4 xal qabaqlayır.
0