Məşhur futbolçu məhkəmə qarşısına çıxır
29.03.2010 - 21:16
Məşhur futbolçu məhkəmə qarşısına çıxır
Futbolçu olduğu dövrlərdə intizamsızlığı ilə yadda qalan İngiltərə futbolunun canlı əfsanəsi Pol Qaskoyn karyerasını bitirdikdən sonra da diqqət mərkəzinə düşür. Apasport.az saytının xəbərinə görə, səfil həyat tərzi keçirən 43 yaşlı keçmiş futbolçu aprelin 16-da məhkəmə qarşısına çıxacaq. Qaskoyn fevralın 7-də içkili vəziyyətdə və sürücü vəsiqəsi olmadan avtomobil idarə edərkən polislər tərəfindən saxlanılıb.

Karyerası ərzində “Nyukasl”, “Tottenhem”, “Latsio”, “Reyncers”, “Midlsbro”, “Everton” və “Bernli” kimi klubların şərəfini qoruyan Qaskoyn 1988-1998-ci illərdə İngiltərə yığmasında 57 oyun keçirib və 10 qol vurub.
0