“Milan” Şamaxla razılışdı
29.03.2010 - 21:41
“Milan” Şamaxla razılışdı
“Volfsburq”un hücumçusu Edin Dzekonun transferini reallaşdıra bilməyən “Milan” bütün diqqətləri “Bordo”nun mərakeşli hücumçusu Maruane Şamaxa yönəldib. Apasport.az saytının xəbərinə görə, “rossonyerlər”in rəhbərliyi 26 yaşlı futbolçu ilə görüşərək onunla ilkin müqavilə imzalayıb. Lakin Milan təmsilçisinin Şamax üçün nə qədər xərcə düşəcəyi ilə bağlı heç bir məlumat yoxdur.

2002-ci ildən “Bordo”da çıxış edən, “Yuventus”, “Arsenal”, “Mançester Siti”, “Liverpul”, “Vest Hem” və “Sanderlend”in də maraq dairəsində olan Şamax cari mövsümdə Fransa çempionatında 29 oyunda 9 qola imza atıb. O, həmçinin 53 dəfə Mərakeş millisinin formasını geyinib (15 qol).
0