“Azərbaycan yığması ilə heç-heçə qənaətbəxş nəticədir”
30.03.2010 - 09:38
“Azərbaycan yığması ilə heç-heçə qənaətbəxş nəticədir”
Lixtenşteyn Futbol Federasiyasının hesabat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, cırtdan ölkənin futbol qurumu bir sıra məsələlərlə yanaşı, dünya çempionatının seçmə mərhələsindəki çıxışa da qiymət verib.

CAR-da keçiriləcək mundiala vəsiqə uğrunda mübarizədə Azərbaycan milli komandası ilə eyni qrupda yer alan lixtenşteynlilər qrup sonuncusu olsa da, nəticədən razı qalıb. Belə ki, federasiya prezidenti Reynhard Valzer konfrans iştirakçıları qarşısında çıxış edərək, Bakıdakı oyunda qazanılan bir xalı vurğulayıb: “Azərbaycanla 0:0, Finlandiya ilə isə 1:1 hesablı heç-heçə etdik. Bu 2 xal bizim üçün qənaətbəxş nəticə sayılır. U-21 və klub səviyyəsində isə hələ yerimizdə sayırıq”.

Qeyd edək ki, Azərbaycan millisi Bakıda məğlub edə bilmədiyi Lixtenşteyn yığmasını səfərdə 2:0 hesabı ilə üstələyib.
0