Moldova yığmasını Azərbaycanla görüşə legionerlər yola salacaq
30.03.2010 - 09:45
Moldova yığmasını Azərbaycanla görüşə legionerlər yola salacaq
Moldova milli komandası Azərbaycanla yoldaşlıq görüşü öncəsi qeyri-adi oyuna çıxacaq. Apasport.az saytının məlumatına görə, mayın 11-də “Şerif” İdman Kompleksinin baş arenasında Moldova ilə bu ölkədə çıxış edən legionerlərdən ibarət komanda görüşəcək. Həmin komandaya “Şerif” klubunun baş məşqçisi Andrey Sosnitski rəhbərlik edəcək.

Əsas yığmanın baş məşqçisi Qabi Balint yoldaşlıq görüşünə yalnız daxili çempionatda çıxış edən futbolçuları dəvət edəcək. Bu isə o deməkdir ki, Premyer Liqamızda çıxış edən moldovalı futbolçular həmin oyuna yox, birbaşa milli komandamızla mayın 26-da keçiriləcək yoldaşlıq görüşü zamanı rumın mütəxəssisin sərəncamına gələcək. Balint ümid edir ki, potensial namizədlər yığmanın formasını geyməklə, gələcəkdə də ölkənin əsas komandasına dəvət olunmaq üçün psixoloji impuls qazanacaq.

Qeyd edək ki, Azərbaycan – Moldova görüşü Avstriyanın İnsburk şəhərində keçiriləcək.
0