“Fırtına” Ramin Musayevin barabanını özünə qaytarır
30.03.2010 - 18:15
Unibank Premyer Liqasının XXV turundakı qalmaqallı “Xəzər-Lənkəran” – “Neftçi” qarşılaşması cənublu futbolsevərlərin qəzəbinə səbəb olub. Apasport.az saytının məlumatına görə, lənkəranlı azarkeşlər təkcə sevimli komandalarının başına oyun açan hakimlər briqadasını deyil, onları müdafiə edənlərdən də narazıdır.
Belə ki, “Xəzər-Lənkəran”ın fanklubu olan “Fırtına” ədaləti qorumalı olan, lakin işinin öhdəsindən gəlməkdə çətinlik çəkən referi Əfqan Həmzəyevi haqlı çıxaran Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevdən də gileylidir: “Ölkədə ilk müstəqil fanklub olan "Fırtına" yarandığı andan "Xəzər Lənkəran"ın uğurları üçün çalışıb, komandaya demək olar ki, bütün səfər və ev oyunlarında möhtəşəm dəstək verib. Ötən ilin yayında fanklubun 4 illik yubiley tədbirində onların azarkeşlik etdiyi “Xəzər-Lənkəran” rəsmiləri iştirak etməyib. Əvəzində PFL rəhbəri Ramin Musayev tədbirə qatılaraq, bir fanat üçün ən lazımlı hədiyyə - böyük baraban hədiyyə etdi və bu barabanın Azərbaycan futboluna xidmət etməsini arzuladı. İndi isə “Fırtına” rəhbərliyi bir ildir çaldıqları barabandan imtina etmək qərarına gəlib”.
Buna martın 27-də keçirilən "Xəzər Lənkəran" - "Neftçi" oyunu səbəb olub. Məhz bu zaman Azərbaycan futbolunun kabinetlərdən oynanıldığının şahidi olan və Musayevin matçla bağlı birtərəfli münasibətinə etiraz edən lənkəranlılar etiraz səsini ucaldıblar. Onun fankluba hədiyyə etdiyi baraban artıq cənublu azarkeşlərə lazım deyil. “Fırtına” ad günündə aldığı hədiyyəni geri qaytarmaq qərarına gəlib. Fanklubun rəsmi internet saytında bu belə izah olunub: “Zatən, Ramin bəyin rəhbərlik etdiyi qurum kimi, o barabanın "şurup"ları da əvvəlcədən boş idi. Qoy, Musayev həmin barabanı onun havasını çalacaq azarkeş varsa, onlara hədiyyə etsin. Bizim isə bir marşımız var, o da "Xəzər-Lənkəran " marşıdır. Lakin barabanın çubuqlarını özümüzdə saxlayırıq. Çünki bu gedişlə Əfqan Həmzəyev kimi hakimlərlə, azarkeşə dəyənək hələ çox lazım olacaq”.

0
0