“Xəzər-Lənkəran”a 35 min manatlıq, Mircavadova 4 oyunluq cəza!
30.03.2010 - 18:53
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının xəbərinə görə toplantıda ölkə çempionatının XXV turunda “Xəzər-Lənkəran” – “Neftçi” oyunundakı qalmaqala qiymət verilib. İclasda Lənkəran təmsilçisinə üst-üstə 35 min manatlıq cərimə kəsilib.
Qarşılaşma zamanı stadionda ictimai asayiş və təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi “Xəzər-Lənkəran” 5000 manat cərimə olunub. Oyun zamanı meydana və qaçış zolağına kənar əşyalar atıldığı üçün komanda daha 2000 manat cəriməyə məruz qalıb. Görüş zamanı məşqçiləri və nümayəndələri texniki zona qaydalarını pozduğu üçün klub əlavə 2000 manat cərimə olunub.
Oyun zamanı stadionda kütləvi nizam-intizamsızlıq baş verdiyindən lənkəranlılara daha 8000 manat cərimə kəsilib. Bundan əlavə, matçın 90+1-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Ruslan Poladov birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvlifikasiyaya, komandası isə 2000 manat cəriməyə məruz qalıb.
Baş məşqçisi Ağasəlim Mircavadov oyunun hakimlərinə qarşı təhqiredici sözlərə yol verdiyi üçün 4 oyunluq kənarlaşdırılıb və “Xəzər-Lənkəran” 4000 manat cərimə olunub.
Klubun mətbuat katibi Tural Əsgərov oyunun hakimlərinə qarşı təhqiredici sözlərə yol verdiyi üçün 4 oyunluq cəzaya, klub isə 4000 manat cərimə olunub.
Matçda stadionun direktoru Höccət Hacıyev oyunun hakiminə hədə-qorxu gəldiyi üçün 10 oyunluq kənarlaşdırılıb və meydan sahibinə 8000 (səkkiz min) manat cərimə kəsilib.
“Xəzər-Lənkəran”ın növbəti ev oyunlarında təhlükəsizlik tədbirlərinə riayət olunmayacağı təqdirdə, klub daha ciddi cəzalandırılacaq.
Klubun baş məşqçisi Ağasəlim Mircavadov tərəfindən analoji hərəkətlərə yol verilərsə, ona daha ciddi sanksiyalar tətbiq olunacaq.

0
0