Azərbaycan yığması reytinq siyahısında yerini itirdi
31.03.2010 - 12:23
FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması cədvəldə bir pillə geriləyib. Son reytinq siyahısında 109-cu olan Berti Foqtsun yetirmələri indi 110-cu pillədə qərarlaşıb. Yığmamızın hesabında 257 xal var.
Planetin ən güclü 3 komandasının yeri isə dəyişməz qalıb. İspaniya 1602 xalla yenə birinci pilədə qərarlaşıbsa, Braziliya 1589 xalla ikinci, 1261 xala malik Hollandiya isə üçüncü sırada dayanıb. Lakin bu komandaların hər üçü xal hesabını ötən reytinqlə müqayisədə pisləşdirib.
Avropa çempionatının seçmə mərhələsində millimizin rəqiblərindən Almaniya isə mövqeyini əldən verib. Sonuncu dəfə 5-ci olan Bundestim (1157 xal) bir addım geriləyərək, artıq Portuqaliyaya da aşağıdan yuxarı baxmağa məcburdur. Əvəzində digər rəqibimiz Türkiyə sıçrayışa nail olub. Onlar 770 xalla 6 pillə yüksələrək, 35-ci mövqedə yer alıblar. Avstriyalılar 56-nı 55-ə dəyişiblər – 582 xal. Belçika isə 506 xalla 66-cı yerdə qərarlaşıb. Onlar iki addım irəliləyiblər.
Qrupumuzun autsayderlərindən sayılan Qazaxıstan futbolçuları isə mövqeyini daha da pisləşdiriblər. İki pillə geriləyən rəqibimiz indi 177 xalla dünyanın 129-cu komandasıdır. Yoldaşlıq oyunlarındakı rəqiblərimizdən Honduras 765 xalla 36-cı, Makedoniya 509 xalla 65-ci, Moldova 373 xalla 87-cidir.
Qeyd edək ki, FİFA son reytinqini də elə bu ay açıqlamışdı.

0
0