AFFA Qurban Qurbanovun qabağına çıxanları cəzalandırır
31.03.2010 - 13:53
AFFA Qurban Qurbanovun qabağına çıxanları cəzalandırır
AFFA-nın İntizam Komitəsi tərəfindən sərt cəzaya məruz qalan “Xəzər-Lənkəran” Unibank Premyer Liqasının XXVI turu ərəfəsində ağır zərbə alıb. Apasport.az saytının məlumatına görə, çempionluq iddiasında olan komanda qarşıdakı 4 oyuna baş məşqçisiz çıxacaq.

“Neftçi” ilə Lənkərandakı qarşılaşmada yol verdiyi hərəkətləri məhz belə qiymətləndirilən Ağasəlim Mircavadov çempionatın XXXI turunadək texniki zonaya buraxılmayacaq. Maraqlıdır ki, 63 yaşlı mütəxəssis elə “Neftçi” ilə görüşdə vəzifəsini meydanın kənarından icra edə biləcək. Bu qayıdış Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə gerçəkləşəcək. Həmin matçadək Mircavadov digər 4 rəqiblə oyunları tribunada izləməli olacaq. Onun cəzalı kimi izləyəcəyi ilk qarşılaşma isə “Qarabağ”la görüş olacaq.

Ümumiyyətlə, Ağdam təmsilçisi baş məşqçisiz rəqiblərlə oynamaq üzrə ixtisaslaşıb. İş elə gətirir ki, AFFA-nın İntizam Komitəsi Qurban Qurbanovun yetirmələri ilə qarşılaşacaq komandanı bu görüş ərəfəsində cəzalandırır. “Xəzər-Lənkəran”adək “Qəbələ” və “Bakı”da “Qarabağ” önünə “başsız” çıxıb başarılı olub. Ramiz Məmmədovsuz qalan qəbələlilər iddialı rəqibdən 1 xal alıbsa (1:1), bakılılar Bülənt Korkmaz olmadan belə rəqibini iki cavabsız qola qonaq edib.

Baş məşqçilərin cəzalı olduğu oyunlar

Cəzalandığı gün

klub

Baş məşqçi

oyun

Hansı oyuna görə

Hansı oyunları buraxıb

01.12.2009

Qəbələ

Ramiz Məmmədov

1

Simurq

Qarabağ

22.12.2009

Turan

Nizami Sadıqov

2

İnter

Olimpik-Şüvəlan, Bakı

22.12.2009

İnter

Kaxaber Sxadadze

2

Turan

Qəbələ, Muğan

23.02.2010

Bakı

Bülənt Korkmaz

1

Muğan

Qarabağ

30.03.2010

Xəzər-Lənkəran

Ağasəlim Mircavadov

4

Neftçi

Qarabağ, Bakı, Qəbələ, İnter