Bülənt Korkmaz: Bakıda tam fərqli təcrübələr qazandım
31.03.2010 - 14:04
“Bakı”nın sabiq baş məşqçisi Bülənt Korkmaz “NTV SPOR”da futbol proqramında qonaq olub. Apasport.az saytının məlumatına görə, 42 yaşlı mütəxəssis müxtəlif mövzularda sualları cavablandırıb.
O, Azərbaycana gəlişi, buradakı futbol vəziyyəti və istefasının səbəbləri barədə danışıb: “Problemlərin olduğu bir ölkəyə getdiyimi bilirdim. Eyni zamanda, çatışmazlıqları aradan qaldıracağıma inanırdım. Orada 3 məqsəd üçün mübarizə aparırdım. Qarşıya qoyulan vəzifələrin öhdəsindən müəyyən qədər gəldim. Həm baza yaratdıq, həm ilk “altılığ”a düşdük, həm də gənc futbolçuların əsas heyətdə oynamalarını təmin etdik”.
Korkmaz Azərbaycandakı meydançaların vəziyyətindən şikayətlənib: “Orada təbii örtüklü meydança tapmaq olduqca çətin məsələdir. Sadəcə, Tofiq deyilən bir yer var (Tofiq Bəhramov adına Respublika stadionu). Biz də ev oyunlarımızı orada keçirirdik”.
Korkmaz istefasının səbəblərini belə izah edib: “10-cu yerdə olan komandanı 3-cü pilləyə gətirmişdik. “Bakı” 14 oyundur ki, uduzmurdu. Əlbəttə, belə bir məqamda məndən icazəsiz toplantı keçirmələrini qəbul edə bilməzdim. Bu toplantıların həmişə olacağını bilincə, vəzifəmdən istefa etdim. Orada tam fərqli təcrübələr qazandım. Çox təəccüblü və maraqlı idi. İnsan belə şeyləri gördükcə, daha yaxşı formalaşır. Buna görə, onlara təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Korkmaz “Bakı”dan ayrıldıqdan sonra işsizdir.

0
0