Naci Şensoy Bolqarıstanda qalmaqalla üzləşdi
31.03.2010 - 14:10
Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy Bolqarıstanda qalmaqalla üzləşib. Apasport.az saytının məlumatına görə, Plovdiv “Lokomotiv”inin türkiyəli çalışdırıcısının moldovalı legioner Roman Bolboçanla insidenti olub.
22 yaşlı yarımmüdafiəçi yaxınlarda “Lokomotiv”lə il yarımlıq müqavilə imzalasa da, Şensoyla problemi nəticəsində qovulub. Roman əsas heyətdə düşə bilmədiyindən baş məşqçisinə qarşı çıxıb. O, oynamadığı üçün baş məşqçiyə narazılığını bildirib. Şensoy da qərarını Bolboçanın fiziki cəhətdən oynamağa hazır olmamağı ilə izah edib. Vəziyyət elə həddə çatıb ki, cəmi bir neçə həftə öncə transfer edilən, Yunanıstan pasportu olan, bu ölkədə oynamış futbolçu ilə müqavilə qarşılıqlı razılıqla pozulub.
Qeyd edək ki, iki müxtəlif vaxtda “Turan”ı çalışdırmış Şensoy futbolumuzda işləyən ilk əcnəbi mütəxəssis kimi tarixə düşüb.

0
0